""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlara: “İnsanlar iman etdiyi kimi siz də iman edin!” - deyildiyi zaman: “Biz də səfehlər kimi iman edək?” - dedilər. Bilin ki, səfehlər onların özləridir. Lakin bunu bilmirlər.
(Bəqərə surəsi, 13)📋
- Firon şəhərlərə (əsgər) yığanlar göndərdi.
(Şuəra surəsi, 53)📋
- (Və belə dedi:) “Həqiqətən, bunlar az saylı bir tayfadır.
(Şuəra surəsi, 54)📋
- Onlar bizi qəzəbləndirdilər.
(Şuəra surəsi, 55)📋
- Biz isə, əlbəttə, gözüaçıq bir camaatıq!”
(Şuəra surəsi, 56)📋