Möminləri böhtanlarıyla ləkələməyə çalışarlar MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Möminləri böhtanlarıyla ləkələməyə çalışarlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Firon qövmünün başçıları dedilər: “Həqiqətən, bu, çox bilikli bir sehrbazdır.
(Əraf surəsi, 109)📋
- O sizi torpağınızdan çıxartmaq istəyir. Elə isə nə əmr edirsiniz?”
(Əraf surəsi, 110)📋
- Onlar isə: “(Quran) qarmaqarışıq yuxulardır. Xeyr, onu özü uydurmuşdur! Xeyr, o bir şairdir! Elə isə, o bizə əvvəlki elçilərə göndərilənə bənzər bir möcüzə gətirsin!” - dedilər.
(Ənbiya surəsi, 5)📋
- O, Allah haqqında yalan uyduran bir adamdır. Biz ona inanmırıq”.
(Muminun surəsi, 38)📋
- Aramızdan onamı vəhy gəldi? Xeyr! O, lovğa bir yalançıdır”.
(Qamər surəsi, 25)📋
- İnkar edənlər: “Bu (Quran), onun (Məhəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (əhli-kitabdan bəziləri) kömək etmişdir!” - dedilər. Beləcə onlar haqsızlığa və yalana əl atdılar.
(Furqan surəsi, 4)📋