Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir! Arzuladıqlarını (oğlanları) da özlərinə aid edirlər.
(Nəhl surəsi, 57)
Onlardan birinə qız övladı olduğu müjdəsi verildiyi zaman qəzəblənmiş bir halda üzü qapqara qaralar.
(Nəhl surəsi, 58)
Ona verilən pis müjdə səbəbilə insanlardan gizlənər. O, onu (qız övladını) zəlillik içində yanındamı saxlasın, yoxsa torpağamı basdırsın (deyə düşünər). Görün, verdikləri hökm necə də pisdir!
(Nəhl surəsi, 59)
Yoxsa Allah yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün ayırdı?!
(Zuxruf surəsi, 16)
Onlardan birinə Rəhman olan Allaha isnad etdikləri (qız uşağı dünyaya gəlməsi) ilə müjdə verilərsə, qəzəblənmiş bir halda üzü qapqara olar.
(Zuxruf surəsi, 17)
Bərbəzək içində yetişdirilən və çəkişmə zamanı açıq şəkildə danışmağı bacarmayanlarımı (Allaha isnad edirlər)?!
(Zuxruf surəsi, 18)