Qadınlara dəyər verməzlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Qadınlara dəyər verməzlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir! Arzuladıqlarını (oğlanları) da özlərinə aid edirlər.
(Nəhl surəsi, 57)📋
- Onlardan birinə qız övladı olduğu müjdəsi verildiyi zaman qəzəblənmiş bir halda üzü qapqara qaralar.
(Nəhl surəsi, 58)📋
- Ona verilən pis müjdə səbəbilə insanlardan gizlənər. O, onu (qız övladını) zəlillik içində yanındamı saxlasın, yoxsa torpağamı basdırsın (deyə düşünər). Görün, verdikləri hökm necə də pisdir!
(Nəhl surəsi, 59)📋
- Yoxsa Allah yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün ayırdı?!
(Zuxruf surəsi, 16)📋
- Onlardan birinə Rəhman olan Allaha isnad etdikləri (qız uşağı dünyaya gəlməsi) ilə müjdə verilərsə, qəzəblənmiş bir halda üzü qapqara olar.
(Zuxruf surəsi, 17)📋
- Bərbəzək içində yetişdirilən və çəkişmə zamanı açıq şəkildə danışmağı bacarmayanlarımı (Allaha isnad edirlər)?!
(Zuxruf surəsi, 18)📋