""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən və beləcə, əməlləri puça çıxan kəslərdir. Buna görə də qiyamət günü Biz onlar üçün heç tərəzi də qurmayacağıq.
(Kəhf surəsi, 105)📋
- İnkar etmələri, ayələrimə və elçilərimə istehza etmələri səbəbilə onların cəzası cəhənnəmdir.
(Kəhf surəsi, 106)📋
- Əgər sizin kimi bir insana itaət etsəniz, həqiqətən, ziyana uğramış olarsınız.
(Muminun surəsi, 34)📋
- O sizə, ölüb torpaq və sür-sümük olduqdan sonra (yenidən dirilib) çıxarılacağınızımı vəd edir?
(Muminun surəsi, 35)📋
- Sizə vəd olunan (həqiqətdən) çox-çox uzaqdır!
(Muminun surəsi, 36)📋
- Bizim dünya həyatından başqa bir həyatımız yoxdur. Kimimiz ölür, kimimiz yaşayır. Biz təkrar dirildiləsi deyilik.
(Muminun surəsi, 37)📋
- O, Allah haqqında yalan uyduran bir adamdır. Biz ona inanmırıq”.
(Muminun surəsi, 38)📋
- Bu, onların cəzasıdır. Çünki onlar ayələrimizi inkar etmiş və: “Sür-sümük olub çürüdükdən sonra həqiqətən, yenidən dirildiləcəyikmi?” - demişdilər.
(İsra surəsi, 98)📋
- Onlar: “Biz torpağa qarışıb yox olduqdan sonra yenidənmi yaradılacağıq?” - dedilər. Xeyr! Onlar Rəbbinə qovuşacaqlarını inkar edirlər.
(Səcdə surəsi, 10)📋
- Xeyr, onların axirət haqqında kifayət qədər məlumatları yoxdur. Xeyr, onlar axirət barəsində şübhə içindədirlər. Xeyr, onlar axirətə qarşı kordurlar.
(Nəml surəsi, 66)📋
- İnkar edənlər dedilər: “Biz və atalarımız torpaq olduqdan sonra həqiqətən, (dirildilib) çıxardılacağıqmı?
(Nəml surəsi, 67)📋