Qiyamət günü qəti bir həqiqətdir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Qiyamət günü qəti bir həqiqətdir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- O gün Biz göyü yazılmış səhifənin büküldüyü kimi bükəcəyik. İlk dəfə yaratdığımız kimi onu təkrar əvvəlki halına salacağıq. Biz vədimizi mütləq yerinə yetirəcəyik.
(Ənbiya surəsi, 104)📋
- De: “Allah sizi dirildir, sonra öldürür, sonra da haqqında heç bir şübhə olmayan qiyamət günü sizi bir yerə toplayacaqdır. Lakin insanların çoxu bunu dərk etmir”.
(Casiyə surəsi, 26)📋
- Sizə vəd olunan (qiyamət) mütləq baş verəcəkdir!
(Mürsəlat surəsi, 7)📋
- Qiyamət qopduğu zaman!
(Vaqiə surəsi, 1)📋
- Onun qopacağını heç kim inkar edə bilməz.
(Vaqiə surəsi, 2)📋