""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Orada xoşxasiyyətli və gözəl simalı qadınlar vardır.
(Rəhman surəsi, 70)📋
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 71)📋
- Çadırlarda gözləri ərlərindən başqasını görməyən qadınlar vardır.
(Rəhman surəsi, 72)📋
- İman edib saleh əməl işləyənləri altından çaylar axan cənnətlərlə müjdələ! Onlara hər dəfə oradan bir ruzi verildikdə: “Bu, daha əvvəl bizim (dünyada) yediyimiz ruzidir”, - deyəcəklər. Halbuki (dünyada) onlara bunun bənzəri verilmişdi. Orada onlar üçün tərtəmiz zövcə də var. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 25)📋
- Onların yanında baxışlarını yalnız onlara dikmiş gözəl gözlü qadınlar vardır.
(Saffat surəsi, 48)📋
- Və gözəl gözlü (xidmətçi) hurilər (mələklər) vardır.
(Vaqiə surəsi, 22)📋
- Onlar qorunub saxlanan inci kimidirlər.
(Vaqiə surəsi, 23)📋
- Həmçinin onları gözəl gözlü qadınlarla evləndirəcəyik.
(Duxan surəsi, 54)📋
- Həqiqətən, Biz qadınları yenidən başqa bir gözəllikdə yaradacağıq.
(Vaqiə surəsi, 35)📋
- Biz onları bakirə xanımlar edəcəyik -
(Vaqiə surəsi, 36)📋
- Ərini sevən həmyaşıd qadın.
(Vaqiə surəsi, 37)📋