Yenidən dirilişə inanmayanlar MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Yenidən dirilişə inanmayanlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Əgər sizin kimi bir insana itaət etsəniz, həqiqətən, ziyana uğramış olarsınız.
(Muminun surəsi, 34)📋
- O sizə, ölüb torpaq və sür-sümük olduqdan sonra (yenidən dirilib) çıxarılacağınızımı vəd edir?
(Muminun surəsi, 35)📋
- Sizə vəd olunan (həqiqətdən) çox-çox uzaqdır!
(Muminun surəsi, 36)📋
- Bizim dünya həyatından başqa bir həyatımız yoxdur. Kimimiz ölür, kimimiz yaşayır. Biz təkrar dirildiləsi deyilik.
(Muminun surəsi, 37)📋
- O, Allah haqqında yalan uyduran bir adamdır. Biz ona inanmırıq”.
(Muminun surəsi, 38)📋
- Onlar: “Biz torpağa qarışıb yox olduqdan sonra yenidənmi yaradılacağıq?” - dedilər. Xeyr! Onlar Rəbbinə qovuşacaqlarını inkar edirlər.
(Səcdə surəsi, 10)📋
- Bu, onların cəzasıdır. Çünki onlar ayələrimizi inkar etmiş və: “Sür-sümük olub çürüdükdən sonra həqiqətən, yenidən dirildiləcəyikmi?” - demişdilər.
(İsra surəsi, 98)📋