""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Xeyr! Əksinə, siz tez keçib-gedəni (dünyanı) sevirsiniz.
(Qiyamət surəsi, 20)📋
- Axirəti isə ehmal edirsiniz.
(Qiyamət surəsi, 21)📋
- Bu, onların dünya həyatını axirətdən üstün tutduqlarına və Allahın inkar edənlər qövmünü doğru yola yönəltmədiyinə görədir.
(Nəhl surəsi, 107)📋
- Allah dilədiyi kimsəyə ruzisini bol verər, dilədiyinin ruzisini də azaldar. Onlar dünya həyatı ilə sevinib təkəbbürləndilər. Halbuki dünya həyatı axirət ilə müqayisədə yalnız müvəqqəti mənfəətdən ibarətdir.
(Rad surəsi, 26)📋
- Bizimlə qarşılaşacaqlarını ümid etməyib dünya həyatına razı olaraq onunla rahatlıq tapanlar və ayələrimizdən qafil olanlara gəldikdə,
(Yunis surəsi, 7)📋
- Həqiqətən, bunlar tez keçib gedəni (dünyanı) sevirlər, ağır bir günü (axirəti) isə ehmal edirlər.
(İnsan surəsi, 27)📋