""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar həm onu (Quranı dinləməyi) qadağan edir, həm də özləri ondan uzaq dururlar. Onlar fərqinə varmadan ancaq özlərini məhv edirlər.
(Ənam surəsi, 26)📋
- Kitab əhlindən bir dəstə sizi yolunuzdan döndərmək istədi. Halbuki onlar yalnız özlərini haqq yoldan döndərirlər, lakin (bunu) dərk etmirlər.
(Ali İmran surəsi, 69)📋