Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey oğullarım, gedin Yusif və qardaşından bir xəbər gətirin! Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz ki, inkar edənlərdən başqası Allahın mərhəmətindən ümidini kəsməz”.
(Yusif surəsi, 87)
De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir.
(Zumər surəsi, 53)
Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar səni Allahdan başqaları (bütlər) ilə qorxudurlar. Allah kimi haqq yoldan azdırarsa, artıq heç kim onu doğru yola yönəldə bilməz.
(Zumər surəsi, 36)
(Mələklər) dedilər: “Biz sənə haqq ilə müjdə veririk. Ona görə də əsla ümidsizliyə qapılanlardan olma!”
(Hicr surəsi, 55)