""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ayələrimiz ona oxunduğu zaman sanki onları eşitmir və qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə üz çevirir. Sən də ona acı bir əzabla müjdə ver!
(Loğman surəsi, 7)📋
- Təkəbbürlə insanlardan üzünü çevirmə və yer üzündə lovğalanaraq gəzmə! Şübhəsiz ki, Allah özündən razı və özünü tərifləyən kimsələrin heç birini sevməz.
(Loğman surəsi, 18)📋
- Bizim ayələrimizə yalnız bu ayələrlə öyüd verildiyi zaman təkəbbürlənmədən səcdəyə qapanan və Rəbbini həmd ilə təsbeh edənlər iman edərlər.
(Səcdə surəsi, 15)📋
- Ona: “Allahdan qorx!” – deyildikdə lovğalıq onu günaha vadar edər. Ona cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!
(Bəqərə surəsi, 206)📋