"Peyğəmbərlərin aralarında fərq qoymamaq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Şübhəsiz, Allahı və elçilərini inkar edən, Allah və elçilərini, (iman etmək etibarilə) bir-birindən ayırmaq istəyərək: “(elçilərin) bir qisminə inanırıq, bir qisminə isə inanmırıq”, - deyən və bunlar (iman və küfr) arasında bir yol tutmaq istəyənlərə gəldikdə;
(Nisa surəsi, 150)
Onlar həqiqətən, əsil inkar edənlərdir. Biz inkar edənlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
(Nisa surəsi, 151)
Allaha və elçilərinə iman edərək onlardan heç birini digərindən ayırmayanlara gəldikdə, onlara mükafatlarını (Allah) verəcəkdir. Allah bağışlayandır, rəhmlidir.
(Nisa surəsi, 152)