Peyğəmbərlərin aralarında fərq qoymamaq MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Peyğəmbərlərin aralarında fərq qoymamaq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Şübhəsiz, Allahı və elçilərini inkar edən, Allah və elçilərini, (iman etmək etibarilə) bir-birindən ayırmaq istəyərək: “(elçilərin) bir qisminə inanırıq, bir qisminə isə inanmırıq”, - deyən və bunlar (iman və küfr) arasında bir yol tutmaq istəyənlərə gəldikdə;
(Nisa surəsi, 150)📋
- Onlar həqiqətən, əsil inkar edənlərdir. Biz inkar edənlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
(Nisa surəsi, 151)📋
- Allaha və elçilərinə iman edərək onlardan heç birini digərindən ayırmayanlara gəldikdə, onlara mükafatlarını (Allah) verəcəkdir. Allah bağışlayandır, rəhmlidir.
(Nisa surəsi, 152)📋