Zina etməmək MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Zina etməmək" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar Allahla yanaşı başqa bir ilaha dua etməz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Kim bunları edərsə, cəzasını çəkər.
(Furqan surəsi, 68)📋
- Zinaya yaxınlaşmayın! Çünki bu, əxlaqsızlıqdır və pis bir yoldur.
(İsra surəsi, 32)📋