""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- “Sizi Səqərə (cəhənnəmə) salan nə idi?”
(Müddəssir surəsi, 42)📋
- Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.
(Müddəssir surəsi, 43)📋
- Yoxsulu yedirtməzdik.
(Müddəssir surəsi, 44)📋
- Çünki o, əzəmətli Allaha inanmırdı.
(Haqqə surəsi, 33)📋
- O, (insanları) yoxsulu doyuzdurmağa təşviq etmirdi.
(Haqqə surəsi, 34)📋
- Ona görə də bu gün burada onun heç bir yaxın dostu yoxdur.
(Haqqə surəsi, 35)📋
- Onlar öz nəfsi çəkməsinə baxmayaraq yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
(İnsan surəsi, 8)📋