""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- O kəslər ki, əmanətə və verdikləri sözə riayət edərlər.
(Məaric surəsi, 32)📋
- Onlar Allaha verdikləri vədi yerinə yetirən və əhdi pozmayan kimsələrdir.
(Rad surəsi, 20)📋
- Xeyr! Kim öz əhdinə vəfa göstərər və (pis əməllərdən) çəkinərsə, (bilsin ki,) həqiqətən, Allah müttəqiləri sevər.
(Ali İmran surəsi, 76)📋