LÖVHÜ MƏHFUZ sözü ilə əlaqəli ayələr
"LÖVHÜ MƏHFUZ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Allah dilədiyini silər, (dilədiyini də) sabit saxlayar. Kitabın əsli Onun dərgahındadır. (Rad surəsi, 39)📋
- Şübhəsiz ki, o (Quran), dərgahımızdakı əsas kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, hikmətlidir. (Zuxruf surəsi, 4)📋
- Şübhəsiz ki, Biz torpağın onlardan nələri əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyub saxlayan bir Kitab vardır. (Qaf surəsi, 4)📋
- Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmazdan əvvəl bir kitabda (Lövhi-məhfuzda yazılmış) olmasın. Şübhəsiz ki, bu, Allah üçün asandır. (Hədid surəsi, 22)📋
- O (Quran) çox şərəfli səhifələrdədir, (Əbəsə surəsi, 13)📋
- Yüksək, pak (səhifələrdə)! (Əbəsə surəsi, 14)📋
- O, katiblərin (mələklərin) əllərindədir, (Əbəsə surəsi, 15)📋
- Şərəfli və itaətkar (mələklərin əllərində)! (Əbəsə surəsi, 16)📋
- Qorunan lövhədədir (lövhi-məhfuzdadır). (Büruc surəsi, 22)📋