LOVĞALANMAQ sözü ilə əlaqəli ayələr
"LOVĞALANMAQ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz. (Nisa surəsi, 36)📋
- Həqiqətən, bir çox yerdə, həmçinin Hüneyn günü (baş verən döyüşdə) Allah sizə yardım etmişdi. O zaman çoxluğunuz xoşunuza gəlmiş, ancaq bu sizə heç bir fayda verməmişdi. Genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş, sonra da geri dönmüşdünüz. (Tövbə surəsi, 25)📋
- Əgər dəyən zərərdən sonra ona bir nemət daddırsaq, mütləq: “Müsibətlər məndən sovuşdu”, - deyər və sevinib təkəbbürlənər. (Hud surəsi, 10)📋
- Yer üzündə təkəbbürlənərək gəzmə! Şübhəsiz ki, sən nə yeri yara bilərsən, nə də ucalıq baxımından dağlara çata bilərsən. (İsra surəsi, 37)📋
- Təkəbbürlə insanlardan üzünü çevirmə və yer üzündə lovğalanaraq gəzmə! Şübhəsiz ki, Allah özündən razı və özünü tərifləyən kimsələrin heç birini sevməz. (Loğman surəsi, 18)📋
- Aramızdan onamı vəhy gəldi? Xeyr! O, lovğa bir yalançıdır”. (Qəmər surəsi, 25)📋
- Onlar lovğa yalançının kim olduğunu sabah biləcəklər. (Qəmər surəsi, 26)📋
- (Allah bunları ona görə yazmışdır ki,) əlinizdən çıxanlara görə kədərlənməyəsiniz və Allahın sizə verdiklərinə görə sevinib qürrələnməyəsiniz. Allah özünü bəyənib qürrələnənləri sevməz. (Hədid surəsi, 23)📋