Əgər (hər hansı bir təhlükədən) qorxsanız, piyada gedə-gedə və ya minik üstündə qılın! Təhlükə sovuşduqda isə Allahı bilmədiklərinizi sizə öyrətdiyi kimi zikr edin!
(Bəqərə surəsi, 239)
Onlardan gücün çatanları dəvətinlə çaşdır; atlılarını və piyadalarını onlara qarşı səfərbər et, (faizə sövq etməklə) mallarına və (zinaya sövq etməklə) övladlarına ortaq ol! Onlara vədlər ver! Şeytan onlara yalandan başqa heç nə vəd etməz.
(İsra surəsi, 64)
İnsanlar arasında həcci elan et ki, istər piyada, istərsə də hər cür uzaq yoldan dəvə üstündə sənə gəlsinlər.
(Həcc surəsi, 27
)