QƏDƏH sözü ilə əlaqəli ayələr
"QƏDƏH" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onların ətrafında çeşmədən doldurulmuş qədəhlər dolandırılacaqdır. (Saffat surəsi, 45)📋
- Onlar orada qədəh-qədəhə vuracaqlar. Orada (içki səbəbilə) nə boşboğazlıq, nə də günaha girmə vardır. (Tur surəsi, 23)📋
- (Huşlandırmayan) Şərab bulağından doldurulmuş badələr, kuzələr və qədəhlərlə! (Vaqiə surəsi, 18)📋
- Şübhəsiz ki, yaxşı əməl sahibləri kafur qatılmış (cənnət içkisi ilə dolu) badədən içəcəklər. (İnsan surəsi, 5)📋
- Onların ətrafında gümüş büllur qablar və qədəhlər dolaşdırılır. (İnsan surəsi, 15)📋
- Orada onlara qarışığı zəncəfil olan içki içirilir. (İnsan surəsi, 17)📋
- (İçki ilə) dolu qədəhlər! (Nəbə surəsi, 34)📋