QABIQ sözü ilə əlaqəli ayələr
"QABIQ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onu (Quranı) anlamamaları üçün də onların qəlbinə örtük çəkdik, qulaqlarına da ağırlıq (karlıq) verdik. Sən Quranda Rəbbinin birliyini andığın zaman onlar uzaqlaşaraq arxalarını dönüb gedərlər.
(İsra surəsi, 46)📋
- Biz onlara müəyyən dostlar caladıq, onlar da önlərində və arxalarında nə varsa, hamısını bunlara gözəl göstərdilər. Onlardan əvvəl gəlib-getmiş cinlər və insanlardan olan ümmətlər barəsindəki söz (əzab) onlara da vacib oldu. Həqiqətən, onlar ziyana düşdülər.
(Fussilət surəsi, 25)📋
- Kim Rəhman olan Allahın zikrindən (Qurandan) üz çevirərsə, Biz ona bir şeytanı mübtəla edərik. O da onun ayrılmaz dostu olar.
(Zuxruf surəsi, 36
)📋