SEVİNC sözü ilə əlaqəli ayələr
"SEVİNC" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar Allahın Öz lütfündən verdiyi (nemətlərə görə) sevinər və hələ onlara çatmamış (şəhid olacaq) kimsələrə heç bir qorxunun olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şad olarlar.
(Ali İmran surəsi, 170)📋
- Əgər sənə bir xeyir dəyərsə, bu, onları kədərləndirər. Əgər sənə bir müsibət üz verərsə, onlar: “Yaxşı ki, biz qabaqcadan tədbirimizi almışdıq”, - deyərlər və sevincək halda dönüb gedərlər.
(Tövbə surəsi, 50)📋
- Mələkləri görəcəkləri o gün günahkarlara heç bir müjdə yoxdur. (Mələklər onlara: “Sizə sevinmək) qəti qadağandır!” - deyəcəklər.
(Furqan surəsi, 22)📋
- İman edib yaxşı işlər görənlər cənnətdə sevinc içində olacaqlar.
(Rum surəsi, 15)📋
- Öz dinlərini parçalayan və firqələrə ayrılan (müşriklərdən olmayın)! Hər firqə öz əlindəkinə görə sevinir.
(Rum surəsi, 32)📋
- Həqiqətən cənnətliklər bu gün nemətlər içində səfa sürərlər.
(Yasin surəsi, 55)📋
- Zövcənizlə birlikdə sevinc içində cənnətə daxil olun!”
(Zuxruf surəsi, 70)📋
- Ləzzət aldıqları nemətləri.
(Duxan surəsi, 27)📋
- Rəbbinin onlara verdiyi nemətlərlə səfa sürəcəklər. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur.
(Tur surəsi, 18)📋
- Gecə (ibadət üçün) qalxmaq daha təsirli və (Quran) oxumaq üçün daha münasibdir.
(Müzzəmmil surəsi, 6)📋
- Buna görə də Allah onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir.
(İnsan surəsi, 11)📋
- Güləcək və sevinəcəkdir.
(Əbəsə surəsi, 39)📋
- Həqiqətən, günahkarlar iman edənlərə gülürdülər.
(Mutaffifin surəsi, 29)📋
- Onların yanından keçdikləri zaman bir-birinə qaş-göz edirdilər.
(Mutaffifin surəsi, 30)📋
- Öz ailələrinin yanına (bu etdikləri ilə) fərəhlənərək qayıdırdılar.
(Mutaffifin surəsi, 31)📋
- Və sevinərək ailəsinin yanına qayıdacaqdır.
(İnşiqaq surəsi, 9)📋
- O, (dünyada ikən) ailəsinin yanında sevincli idi.
(İnşiqaq surəsi, 13
)📋