SOYUQ sözü ilə əlaqəli ayələr
"SOYUQ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Onların) bu dünya həyatında sərf etdikləri şeylərin misalı, özünə zülm edən bir qövmün əkinlərini vurub onu məhv edən soyuq bir küləyin misalı kimidir. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər. (Ali İmran surəsi, 117)📋
- İman edib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün tər-təmiz zövcə vardır. Onları (orada) sıx kölgəliklərə daxil edəcəyik. (Nisa surəsi, 57)📋
- Biz: “Ey alov, İbrahimə qarşı sərin və zərərsiz ol!” - dedik. (Ənbiya surəsi, 69)📋
- “Ayağını yerə vur! Bu, yuyunacaq və içiləcək sərin sudur”. (Sad surəsi, 42)📋
- Orada taxtlara söykəniblər. Onlar orada nə qızmar günəşi, nə də şaxtalı soyuğu görərlər. (İnsan surəsi, 13)📋