ZİKR sözü ilə əlaqəli ayələr
"ZİKR" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Günahlardan) çəkinib mərhəmətə nail olmağınız ümidi ilə içinizdən sizi xəbərdar edən bir adam vasitəsilə Rəbbinizdən sizə öyüd-nəsihət gəlməsinə təəccübmü edirsiniz?”
(Əraf surəsi, 63)📋
- Səndən əvvəl də vəhy etdiyimiz kişilərdən başqasını elçi göndərmədik. Əgər bilmirsinizsə, bilənlərdən soruşun!
(Nəhl surəsi, 43)📋
- Beləcə, keçmişdəkilərin xəbərlərindən bir qismini sənə nəql edirik. Sənə Öz tərəfimizdən bir Zikr (Quran) vermişik.
(Taha surəsi, 99)📋
- (Ey elçi!) Biz səndən əvvəl də məhz özlərinə vəhy etdiyimiz kişiləri elçi göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!
(Ənbiya surəsi, 7)📋
- De: “Gecə-gündüz Rəhmandan sizi kim qoruyacaq?” Xeyr, onlar Rəbbinin Kitabından üz döndərirlər.
(Ənbiya surəsi, 42)📋
- Bu (Quran) da nazil etdiyimiz mübarək bir öyüddür. İndi siz onu inkarmı edirsiniz?
(Ənbiya surəsi, 50)📋
- Beləliklə, Biz onun duasını qəbul edib dərgahımızdan bir mərhəmət və ibadət edənlər üçün bir xatirə olsun deyə onun başına gəlmiş bütün bəlaları sovuşdurduq, ailəsini geri verdik və onlarla yanaşı bir o qədərini də ona bəxş etdik.
(Ənbiya surəsi, 84)📋
- Şübhəsiz ki, Zikrdən sonra Zəburda da: “Yer üzünə saleh bəndələrim varis olacaqdır!” - deyə yazmışdıq.
(Ənbiya surəsi, 105)📋
- Həqiqətən, Zikr (Quran) mənə gəldikdən sonra o məni azdırdı”. Şeytan insanı (fəlakətə apardıqdan sonra orada) tənha qoyar.
(Furqan surəsi, 29)📋
- Və Zikri (Quranı) oxuyanlara!
(Saffat surəsi, 3)📋
- “Əgər əvvəlkilərin kitablarından biri bizdə olsaydı,
(Saffat surəsi, 168)📋
- Sad! Öyüd verən Qurana and olsun!
(Sad surəsi, 1)📋
- Quran aramızdan məhz onamı (Məhəmmədəmi) nazil oldu?” Xeyr! Onlar nazil etdiyim Quran barədə şübhə içindədirlər. Xeyr! Onlar hələ əzabımı dadmayıblar.
(Sad surəsi, 8)📋
- Bu (Quran), aləmlər üçün ancaq bir öyüddür!
(Sad surəsi, 87)📋
- O Kitab təmiz ağıl sahibləri üçün doğru yol rəhbəri və öyüddür.
(Mömin surəsi, 54)📋
- Şübhəsiz ki, özlərinə Quran gəldikdən sonra onu yalanlayanları cəzalandıracağıq. Həqiqətən, o, uca bir kitabdır.
(Fussilət surəsi, 41)📋
- Şübhəsiz ki, o (Quran) həm sənin üçün, həm də qövmün üçün öyüd-nəsihətdir. Siz bundan sorğu-sual olunacaqsınız.
(Zuxruf surəsi, 44)📋
- Bunları Allaha yönələn hər bir bəndə üçün ibrət və öyüd-nəsihət olsun deyə yaratdıq.
(Qaf surəsi, 8)📋
- Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Ey iman etmiş təmiz ağıl sahibləri, Allahdan qorxun! Allah sizə Zikr (Quran) nazil etmişdir.
(Talaq surəsi, 10)📋
- O (Quran), aləmlər üçün yalnız bir öyüddür,
(Təkvir surəsi, 27
)📋