ZƏKƏRİYYA (Ə.S.) sözü ilə əlaqəli ayələr
"ZƏKƏRİYYA (Ə.S.)" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Və Rəbbi onu (Məryəmi) gözəl şəkildə qəbul etdi. Onu gözəl bir fidan (bitki) kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə onun yanına məbədə girəndə, onun yanında bir ruzi görür və: “Ey Məryəm, bu sənə haradan oldu?” - deyirdi. O da: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verir!” - deyirdi.
(Ali İmran surəsi, 37)📋
- Orada Zəkəriyya Rəbbinə dua edib dedi: “Ey Rəbbim! Mənə, Öz tərəfindən xeyirli bir nəsil bəxş et! Sən, həqiqətən, duanı eşidənsən”.
(Ali İmran surəsi, 38)📋
- Zəkəriyya mehrabda ayaq üstə namaz qılarkən mələklər ona belə səsləndi: “Allah sənə, Allahdan (gələn) kəlməni (İsanı) təsdiqləyici, eləcə də rəhbər, namuslu və əməlisalehlərdən bir elçi olaraq Yəhyanı müjdə verir”.
(Ali İmran surəsi, 39)📋
- Zəkəriyya dedi: “Ey Rəbbim! Mən qocaldığım, zövcəm də qısır olduğu halda mənim necə oğlum ola bilər?” Allah buyurdu: “(Bəli,) Elədir, (ancaq) Allah dilədiyini edər”.
(Ali İmran surəsi, 40)📋
- Zəkəriyya dedi: “Ey Rəbbim! Mənə bir nişanə göstər!” Allah buyurdu: “Sənin nişanən, üç gün insanlarla yalnız işarə yolu ilə (əl, baş və gözlə işarə edərək) danışmağındır. (Bundan əlavə,) Rəbbini çox zikr et və səhər-axşam təsbeh et (Allahın şəninə təriflər deyib Ona şükür et)!”
(Ali İmran surəsi, 41)📋
- Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da (doğru yola yönəltmişdik). Onların hamısı əməlisaleh kimsələr idi.
(Ənam surəsi, 85)📋
- (Bu,) Rəbbinin Zəkəriyyə bəndəsinə olan mərhəmətinin yad edilməsidir!
(Məryəm surəsi, 2)📋
- Bir zaman o, astadan Rəbbinə səslənmişdi.
(Məryəm surəsi, 3)📋
- Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
(Məryəm surəsi, 4)📋
- Doğrusu mən özümdən sonra gələn qohumlarımdan qorxuram. Zövcəm də qısırdır. Ona görə də Öz tərəfindən mənə bir dost (oğul) ver!
(Məryəm surəsi, 5)📋
- O mənim və Yaqub nəslinin varisi olsun. Ey Rəbbim, onu razı qalacağın biri et!”
(Məryəm surəsi, 6)📋
- (Ona belə vəhy olundu:) “Ey Zəkəriyyə, Biz səni Yəhya adlı bir oğulla müjdələyirik! Bundan əvvəl bu adı heç kimə verməmişik”.
(Məryəm surəsi, 7)📋
- O dedi: “Ey Rəbbim! Zövcəm qısır, özüm də qocalığın son həddinə çatdığım halda mənim necə oğlum ola bilər?”
(Məryəm surəsi, 8)📋
- O (mələk) dedi: “Belədir. Ancaq Rəbbin: “Bu Mənim üçün asandır. Daha əvvəl səni də heç bir şey deyilkən (yoxdan) yaratdım!” - dedi”.
(Məryəm surəsi, 9)📋
- (Zəkəriyyə) dedi: “Ey Rəbbim, (buna dair) mənə bir işarə ver!” Allah: “Sənin işarən, sağlam olduğun halda üç gün insanlarla danışa bilməməyindir”, – buyurdu.
(Məryəm surəsi, 10)📋
- Beləcə o, məbəddən qövmünün hüzuruna çıxdı və onlara: “Səhər-axşam təsbeh edin (Allahın şəninə təriflər deyin)!” - deyə işarə etdi.
(Məryəm surəsi, 11)📋
- Zəkəriyyanı da (yad et)! Vaxtilə o: “Ey Rəbbim, məni yalnız qoyma! Sən varislərin ən xeyirlisisən!” - deyərək Rəbbinə səslənmişdi.
(Ənbiya surəsi, 89
)📋