İnkarlarında qərarlıdırlar MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
    "İnkarlarında qərarlıdırlar"  MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
    Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Yaxud Allah ruzini kəsərsə, kim sizə ruzi verəcək? Xeyr! Onlar azğınlığa və (haqqa) nifrət etməyə davam edirlər.
 (Mülk surəsi, 21)📋
- Əgər onlara göydən bir qapı açsaydıq və oradan yuxarı çıxsaydılar,
 (Hicr surəsi, 14)📋
- Hökmən: “Sadəcə olaraq gözlərimiz bağlanmış, daha doğrusu, biz sehrlənmişik”, - deyərdilər.
 (Hicr surəsi, 15)📋
- Onlar böyük günah işləməkdə israr edirdilər.
 (Vaqiə surəsi, 46)📋
- Allaha qəlbən and içdilər ki, əgər onlara bir möcüzə gəlsə, ona mütləq inanacaqlar. De: “Möcüzələr ancaq Allahın dərgahındadır. Bəs, (möcüzə) gəlsə belə, yenə də iman etməyəcəklərini bilmirsinizmi?”
 (Ənam surəsi, 109)📋
- Onlar dedilər: “Öyüd versən də, verməsən də, bizim üçün fərqi yoxdur.
 (Şuəra surəsi, 136)📋
- Bu, əvvəlkilərin adətlərindən başqa bir şey deyildir.
 (Şuəra surəsi, 137)📋
- Biz əzaba məruz qalası da deyilik”.
 (Şuəra surəsi, 138)📋
- O, özünə oxunan Allahın ayələrini eşidir, sonra da onları eşitmirmiş kimi təkəbbürlənərək (küfrdə) israr edir. Buna görə də ona acı bir əzabla müjdə ver!
 (Casiyə surəsi, 8)📋
    