Cənnətdəki yemək və içkilər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Cənnətdəki yemək və içkilər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlara möhürlü qablardakı xalis şərabdan içirdiləcəkdir. (Mutaffifin surəsi, 25)📋
- Onun sonu müşkdür (içildikdən sonra müşk qoxusu verər). Qoy yarışanlar bunun üçün yarışsınlar! (Mutaffifin surəsi, 26)📋
- Müttəqilərə vəd olunan cənnət belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və Rəbbi tərəfindən məğfirət vardır. Elə isə o kimsə cəhənnəmdə əbədi qalan və qaynar su içirdilib bağırsaqları parçalanan biri kimi ola bilərmi?! (Məhəmməd surəsi, 15)📋
- Çoxlu meyvələr arasında olacaqlar. (Vaqiə surəsi, 32)📋
- O məyvələr nə tükənər, nə də qadağan olunar. (Vaqiə surəsi, 33)📋
- Onlar tikansız sidr ağacları arasında, (Vaqiə surəsi, 28)📋
- (Meyvələri) salxım-salxım sallanmış banan ağacları arasında, (Vaqiə surəsi, 29)📋
- (Huşlandırmayan) Şərab bulağından doldurulmuş badələr, kuzələr və qədəhlərlə! (Vaqiə surəsi, 18)📋
- Ondan nə başları ağrıyar, nə də ağılları gedər. (Vaqiə surəsi, 19)📋
- (Onlar üçün) bəyəndikləri meyvələr, (Vaqiə surəsi, 20)📋
- Arzuladıqları quş əti, (Vaqiə surəsi, 21)📋
- Onların ətrafında çeşmədən doldurulmuş qədəhlər dolandırılacaqdır. (Saffat surəsi, 45)📋
- O (qədəhlərdəki içki), ağappaqdır, içənlərə ləzzət verər. (Saffat surəsi, 46)📋
- O nə başağrısı verər, nə də onunla sərxoş olarlar. (Saffat surəsi, 47)📋
- Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir – (Saffat surəsi, 42)📋
- Şübhəsiz ki, yaxşı əməl sahibləri kafur qatılmış (cənnət içkisi ilə dolu) badədən içəcəklər. (İnsan surəsi, 5)📋
- Allahın bəndələrinin içdiyi çeşmədən! Onu (istədikləri tərəfə) axıdacaqlar. (İnsan surəsi, 6)📋
- (Çeşmə başlarına) qoyulmuş qədəhlər, (Ğaşiyə surəsi, 14)📋
- Bağlar, üzümlüklər, (Nəbə surəsi, 32)📋
- Onların əynində taftadan və atlazdan yaşıl paltarlar vardır. Onlar gümüş bilərziklərlər bəzəniblər. Rəbbi onlara tərtəmiz içki içirər. (İnsan surəsi, 21)📋
- (Meyvələrin) kölgələri onlara çox yaxındır və onların dərilməsi çox asanlaşdırılıb. (İnsan surəsi, 14)📋
- Onların ətrafında gümüş büllur qablar və qədəhlər dolaşdırılır. (İnsan surəsi, 15)📋
- Gümüşdən olan bu büllur qədəhləri onların istədikləri ölçüdə hazırlamışlar. (İnsan surəsi, 16)📋
- Orada onlara qarışığı zəncəfil olan içki içirilir. (İnsan surəsi, 17)📋
- İkisində də hər cür meyvə, xurma və nar vardır. (Rəhman surəsi, 68)📋
- (İçki ilə) dolu qədəhlər! (Nəbə surəsi, 34)📋