Mülkün tək sahibidir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Mülkün tək sahibidir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Göylərin və yerin hökmranlığının Allaha məxsus olduğunu və sizin Allahdan başqa heç bir himayəçinizin və yardımçınızın olmadığını bilmirsənmi? (Bəqərə surəsi, 107)📋
- Göylərin və yerin (xəzinələrinin) açarları Ondadır. O, istədiyi kimsənin ruzisini bol, istədiyinin ruzisini də az verər. O, hər şeyi biləndir. (Şura surəsi, 12)📋
- Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən bir ölçü ilə endiririk. (Hicr surəsi, 21)📋
- Göylərdə və yerdə olanlar, o ikisinin arasındakılar və torpağın altındakıların hamısı Onundur. (Taha surəsi, 6)📋
- O Allah ki, göylərdə və yerdə nə varsa, Onundur. Şiddətli əzaba görə inkar edənlərin vay halına! (İbrahim surəsi, 2)📋
- Göylərin, yerin və onların içində olanların hakimiyyəti Allaha məxsusdur. O, hər şeyə qadirdir. (Maidə surəsi, 120)📋