Yoxdan var edəndir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Yoxdan var edəndir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Ona belə vəhy olundu:) “Ey Zəkəriyyə, Biz səni Yəhya adlı bir oğulla müjdələyirik! Bundan əvvəl bu adı heç kimə verməmişik”.
(Məryəm surəsi, 7)📋
- O dedi: “Ey Rəbbim! Zövcəm qısır, özüm də qocalığın son həddinə çatdığım halda mənim necə oğlum ola bilər?”
(Məryəm surəsi, 8)📋
- O (mələk) dedi: “Belədir. Ancaq Rəbbin: “Bu Mənim üçün asandır. Daha əvvəl səni də heç bir şey deyilkən (yoxdan) yaratdım!” - dedi”.
(Məryəm surəsi, 9)📋
- Biz bir şeyi (yaratmaq) istədiyimiz zaman ona yalnız: “Ol!” – deyərik, o da dərhal olar.
(Nəhl surəsi, 40)📋
- Göyləri və yeri haqq olaraq yaradan da Odur. O gün (axirət günü): “Ol!” - deyəcək və (hər şey) dərhal olacaq. Onun sözü haqdır. Surun çalınacağı gün hökmranlıq Onundur. Qeybi və aşkarı biləndir. O, hikmət sahibidir, hər şeydən xəbərdardır.
(Ənam surəsi, 73)📋
- Allah göyləri və yeri yoxdan yaradandır. Bir şeyin olmasını istəyən zaman ona yalnız: “Ol!” - deyər, o da dərhal olar.
(Bəqərə surəsi, 117)📋