""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Biz onu ayələrimizi yalanlayan bir qövmdən qoruduq. Həqiqətən, onlar pis bir qövm idilər. Buna görə də onların hamısını suda boğduq.
(Ənbiya surəsi, 77)📋
- Rəbbinin ayələri xatırladıldıqdan sonra onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər?! Biz, əlbəttə, günahkarlardan intiqam alarıq.
(Səcdə surəsi, 22)📋
- Buna görə də Biz onlardan intiqam aldıq. (Elçiləri) yalanlayanların aqibətinin necə olduğuna bir bax!
(Zuxruf surəsi, 25)📋