""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Rəbbinin sözü doğru və ədalətli olaraq tamamlanmışdır. Onun sözlərini dəyişdirə bilən heç kəs yoxdur. O, hər şeyi eşidəndir, biləndir.
(Ənam surəsi, 115)📋
- Şübhəsiz ki, Quranı Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq!
(Hicr surəsi, 9)📋
- Qorunmuş bir Kitabdadır (Lövhi-məhfuzdadır).
(Vaqiə surəsi, 78)📋
- Önündən də, arxasından da ona batil qarışa bilməz. O, hikmət sahibi və şükrə layiq olan Allah tərəfindən nazil edilmişdir.
(Fussilət surəsi, 42)📋