""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildiyi zaman qəlbi titrəyər, onlara Allahın ayələri oxunduğu zaman bu, onların imanlarını artırar və yalnız Rəbbinə təvəkkül edərlər.
(Ənfal surəsi, 2)📋
- Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin və öz xeyriniz üçün infaq edin! Nəfsinin xəsisliyindən qorunanlar əsil nicat tapanlardır.
(Təğabun surəsi, 16)📋
- O kəslər ki, Rəbbinin əzabından qorxarlar.
(Məaric surəsi, 27)📋
- Allah onların etdiklərini də, edəcəklərini də bilir. Onlar Allahın razı qaldığı kimsələrdən başqasına şəfaət etməzlər. Onlar Allah qorxusundan titrəyərlər.
(Ənbiya surəsi, 28)📋
- Ey iman edənlər. Allahdan layiqincə qorxun və yalnız müsəlman olaraq can verin!
(Ali İmran surəsi, 102)📋
- Ey iman edənlər, əgər Allahdan qorxsanız, O, sizə haqqı batildən ayıran bir nur və anlayış (furqan) bəxş edər, pis əməllərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.
(Ənfal surəsi, 29)📋
- Sən yalnız Qurana tabe olan və görmədiyi halda Rəhman olan Allahdan qorxan kimsəni xəbərdar edə bilərsən. Buna görə də onu bağışlanma və gözəl bir mükafatla müjdələ!
(Yasin surəsi, 11)📋