Boş və məqsədsiz şeylərə dəyər verərlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Boş və məqsədsiz şeylərə dəyər verərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- İnsanlardan elələri var ki, elmsiz şəkildə Allahın yolundan azdırmaq və onu bir əyləncə mövzusuna çevirmək üçün boş və mənasız sözlərə (ləhvəl-hədis) üstünlük verirlər. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.
(Loğman surəsi, 6)📋
- Xeyr! Onlar şübhə içində əylənirlər.
(Duxan surəsi, 9)📋
- O gün (haqqı) yalanlayanların vay halına!
(Tur surəsi, 11)📋
- O kəslər ki, bataqlıqda (batil içində) əylənirdilər.
(Tur surəsi, 12)📋
- Ona görə də qoy onlar vəd olunduqları günə qovuşana qədər (öz işlərinə) dalıb əylənsinlər.
(Məaric surəsi, 42)📋
- Batilə dalanlarla birlikdə biz də dalırdıq.
(Müddəssir surəsi, 45)📋