Yalnız malı və gücü olana hörmət edərlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Yalnız malı və gücü olana hörmət edərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Firon öz qövmünə səslənərək belə dedi: “Ey qövmüm! Misirin hökmranlığı və ayaqlarımın altından axan bu çaylar mənim deyilmi? Məgər (mənim əzəmətimi) görmürsünüzmü?!
(Zuxruf surəsi, 51)📋
- Yoxsa mən sözünü açıq-aydın deyə bilməyən bu aciz adamdan daha xeyirli deyiləmmi?!
(Zuxruf surəsi, 52)📋
- Elçiləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi”. Onlar belə dedilər: “O bizə necə hökmdar ola bilər? Axı, biz hökmdarlığa ondan daha layiqik. Ona çoxlu mal-mülk də verilməyib”. O (elçi) dedi: “Həqiqətən, Allah sizin üçün onu seçdi, elm və bədəncə gücləndirdi. Allah Öz hökmranlığını dilədiyinə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir!”
(Bəqərə surəsi, 247)📋
- Bağına girdiyin zaman: “MaşaAllah! Qüvvət yalnız Allaha məxsusdur!” - deməli deyildinmi?! Əgər mal-mülk və övlad cəhətdən məni özündən aşağı görürsənsə,
(Kəhf surəsi, 39)📋
- Onlar: “Bu Quran iki şəhərdən (Məkkə, yaxud Taifdən) olan böyük bir adama nazil edilməli deyildimi?” - dedilər.
(Zuxruf surəsi, 31)📋