MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Həqiqətən, onlar haqq-hesab olacağını gözləmirdilər.
(Nəbə surəsi, 27)📋
- İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı! Onlar isə qəflət içində (haqdan) üz çevirirlər.
(Ənbiya surəsi, 1)📋
- Onlar qiyaməti də yalanladılar. Biz qiyaməti yalan sayanlar üçün yandırıb-yaxan bir atəş hazırlamışıq.
(Furqan surəsi, 11)📋
- Sizə: “Allahın (insanları yenidən dirildəcəyinə dair) vədi haqdır, qiyamət barəsində də heç bir şübhə yoxdur!” - deyildiyi zaman siz: “Qiyamətin nə olduğunu bilmirik. Onun yalnız bir zənn olduğunu güman edirik. Bizim bu haqda dəqiq bir məlumatımız yoxdur”, - demişdiniz”.
(Casiyə surəsi, 32)📋
- Qiyamətə inanmayanlar onun tez gəlməsini istəyirlər. İnananlar isə ondan qorxur və onun haqq olduğunu bilirlər. Bilin ki, qiyamət barəsində mübahisə edənlər (haqdan) uzaq bir zəlalət içindədirlər.
(Şura surəsi, 18)📋