"Qiyamət günü insanlar qəbirlərindən çıxıb toplanarlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O gün Biz onları (dalğalar kimi) bir-birinə qarışmış bir halda qoyarıq. Sur çalınar və onların hamısını bir yerə cəm edərik.
(Kəhf surəsi, 99)
O gün (axirət günü) dağları hərəkətə gətirəcəyik (yox edəcəyik) və yer üzünü dümdüz görəcəksən. Onlardan heç kimi kənarda qoymayıb (hamısını) bir yerə yığacağıq.
(Kəhf surəsi, 47)
Onlar Rəbbinin hüzuruna çıxarılacaqlar (və onlara belə deyiləcək:) “Sizi ilk dəfə yaratdığımız kimi hüzurumuza gəldiniz. Ancaq siz, sizin üçün (belə bir) vədələşmə yeri yaratmayacağımızı iddia etmişdiniz!”
(Kəhf surəsi, 48)
Sura üfürüləcəyi gün siz dəstə-dəstə (Allahın hüzuruna) gələcəksiniz.
(Nəbə surəsi, 18)
O gün onların hamısını toplayacaq, sonra (Allaha) şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!” - deyəcəyik.
(Ənam surəsi, 22)
Onlar ətrafa səpələnmiş çəyirtkələr kimi, zəlil halda baxaraq (ortaya) çıxacaqlar.
(Qamər surəsi, 7)
İnkar edənlər carçıya tərəf qaçarkən: “Bu çox çətin bir gündür!” - deyəcəklər.
(Qamər surəsi, 8)
Sur çalınan kimi onlar qalxıb sürətlə Rəbbinə tərəf gedəcəklər.
(Yasin surəsi, 51)
O gün onların hamısını bir yerə toplayacağıq, sonra da müşriklərə: “Siz və qoşduğunuz şəriklər, öz yerinizə (keçin)!” - deyəcəyik. Beləcə onları (möminlərdən) ayıracağıq. Qoşduqları şəriklər isə belə deyəcəklər: “Siz bizə ibadət etmirdiniz.
(Yunis surəsi, 28)