Şeytan inkarçı dostlarıyla əməkdaşlıq edir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Şeytan inkarçı dostlarıyla əməkdaşlıq edir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Allahdan qeyrisinə kəsilənlərdən yeməyin! Şübhəsiz ki, bu günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübarizə aparmalarını fısıldayarlar (təlqin edərlər). Əgər onlara uysanız, şübhəsiz, siz də müşrik olarsınız.
(Ənam surəsi, 121)📋
- Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman etmişik”, - deyərlər. Şeytanları (dostları) ilə yalnız qalanda isə: “Biz sizinləyik, onlara istehza edirik”, - deyərlər.
(Bəqərə surəsi, 14)📋
- Ey Adəm övladları, şeytan ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyunduraraq ata-ananızı cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın! Həqiqətən, o və onun əsgərləri sizin onları görə bilmədiyiniz yerdən sizi görürlər. Şübhəsiz, şeytanları iman etməyənlərin dostları etdik.
(Əraf surəsi, 27)📋
- O, (insanların) bir qismini doğru yola yönəltdi, bir qismi isə zəlalətə layiq oldu. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutmuşdular. Onlar özlərinin doğru yolda olduğunu zənn edirlər.
(Əraf surəsi, 30)📋