Qəflətən gələcəkdir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Qəflətən gələcəkdir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar bir-birləri ilə höcətləşdikləri bir vaxtda özlərini yaxalayacaq o qorxunc səsi gözləyirlər.
(Yasin surəsi, 49)📋
- O zaman onlar nə vəsiyyət edə biləcək, nə də ailələrinin yanına qayıda biləcəklər.
(Yasin surəsi, 50)📋
- Əksinə, (qiyamət) onlara anidən gələr və onları heyrətə salar. Artıq onu nə geri qaytara bilərlər, nə də onlara (tövbə etmələri üçün) möhlət verilər.
(Ənbiya surəsi, 40)📋
- Onlar qiyamətin özlərinə qəflətən gəlməsinimi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. Qiyamət gəlib çatdığı zaman ibrət almaları onlara heç bir fayda verməyəcəkdir.
(Məhəmməd surəsi, 18)📋
- Onlar özləri də fərqində olmadan qəfildən qiyamətin gəlməsinimi gözləyirlər?!
(Zuxruf surəsi, 66)📋