Allahla bağlı MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Allahla bağlı" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar: “Bizə haqqı gətirmisən, yoxsa (bizimlə) oyun oynayırsan?” - demişdilər.
(Ənbiya surəsi, 55)📋
- İbrahim isə belə demişdi: “Xeyr! Rəbbiniz, yaratdığı göylərin və yerin Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm.
(Ənbiya surəsi, 56)📋
- O (müttəqilər) ki, görmədikləri halda Rəbbindən qorxar və qiyamətdən çəkinərlər.
(Ənbiya surəsi, 49)📋
- Bu (Quran) da nazil etdiyimiz mübarək bir öyüddür. İndi siz onu inkarmı edirsiniz?
(Ənbiya surəsi, 50)📋
- Allah iman edib yaxşı işlər görən bəndələrini belə müjdələyir. De: “Mən sizdən bunun müqabilində sevgidən başqa heç bir mükafat istəmirəm”. Kim bir nemət qazanarsa, Biz onun yaxşılığını artırırıq. Həqiqətən, Allah bağışlayandır, şükür edənlərə qarşılığını verəndir.
(Şura surəsi, 23)📋
- Yoxsa onlar: “O, Allaha qarşı yalan uydurdu”, - deyirlər? Əgər Allah istəsə, sənin qəlbini möhürləyər, batili yox edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, qəlbdə olanları bilir.
(Şura surəsi, 24)📋
- Şübhəsiz ki, Allah ağcaqanadı və (kiçiklikdə və ya böyüklükdə) ondan da üstününü misal verməkdən çəkinməz. İman edənlər onun Rəbbindən gələn bir həqiqət olduğunu bilirlər. İnkar edənlər isə: “Allah bu misalı verərək nə demək istəyir?” - deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salar, bir çoxlarını da hidayətə yönəldər. O, bununla yalnız fasiqləri zəlalətə salar.
(Bəqərə surəsi, 26)📋