Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” - deyə cavab verəcəklər. O zaman de ki: “Elə isə Allahdan çəkinmirsinizmi?!
(Yunis surəsi, 31)
Əgər onlardan: “Göyləri və yeri kim yaratdı?” - deyə soruşsan, onlar: “Allah!” - deyəcəklər. De ki: “Həmd Allaha məxsusdur!” Lakin onların çoxu bilməz.
(Loğman surəsi, 25)
Əgər onlara özlərini kim yaratdı deyə sual versən, əlbəttə: “Allah!” - deyəcəklər. Bəs necə olub (haqq yoldan) döndərilirlər?!
(Zuxruf surəsi, 87)
İndi onların sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki, onların içində elələri vardı ki, Allahın kəlamını dinləyib anladıqdan sonra bilə-bilə onu təhrif edirdilər.
(Bəqərə surəsi, 75)