Allaha şərik qoşmamaq MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Allaha şərik qoşmamaq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Vaxtilə Loğman öz oğluna öyüd verərək: “Ey oğlum, Allaha şərik qoşma! Həqiqətən, şərik qoşmaq böyük zülmdür”, - demişdi.
(Loğman surəsi, 13)📋
- O Allah sizin üçün yer üzünü döşədi, göyü də tavan olaraq yaratdı. O, göydən yağış endirdi və onunla sizin üçün ruzi olan müxtəlif meyvələr yetişdirdi. Elə isə, bilə-bilə Allaha şərik qoşmayın!
(Bəqərə surəsi, 22)📋
- Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar.
(Nisa surəsi, 48)📋
- Şübhəsiz ki, Allah, Özünə şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqasını, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, (haqdan) uzaq bir zəlalətə düşmüşdür.
(Nisa surəsi, 116)📋