MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ey iman edənlər! Allahdan qorxun və elçisinə iman edin ki, O sizə Öz rəhmətindən iki pay versin, sizin üçün işığında yeriyəcəyiniz bir nur yaratsın və sizi bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir.
(Hədid surəsi, 28)📋
- O Şeytan sizi yalnız öz dostları ilə qorxuda bilər. Elə isə, əgər iman etmiş kimsələrsinizsə, onlardan qorxmayın, Məndən qorxun!
(Ali İmran surəsi, 175)📋
- Sizin əlinizdəkini təsdiqləyici olaraq göndərdiyimə (Qurana) iman edin və onu ilk inkar edən siz olmayın! Mənim ayələrimi dəyər-dəyməzinə satmayın və yalnız Məndən qorxun!
(Bəqərə surəsi, 41)📋
- Ey insanlar! Sizi bir nəfsdən xəlq edən, ondan öz zövcəsini yaradan və o ikisindən çoxlu kişi və qadın yaradan Rəbbinizdən qorxun. Adını bir-birinizdən dilədiyiniz Allahdan qorxun. Həmçinin bətnlərin haqqına hörmətsizlik etməkdən çəkinin. Bu bir həqiqətdir ki, Allah sizin üzərinizdə gözətçidir.
(Nisa surəsi, 1)📋
- Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik!” - dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın! Allahdan qorxun! Şübhəsiz, Allah qəlbdə olanları biləndir.
(Maidə surəsi, 7)📋