Yoxsa Yaqubun əcəli gəlib çatdığı zaman yanında idiniz?! O öz övladlarına: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” - dedikdə onlar: “Sənin ilahına və ataların İbrahim, İsmail və İshaqın tək ilahına ibadət edəcəyik. Biz Ona təslim olanlarıq!” - deyə cavab vermişdilər.
(Bəqərə surəsi, 133)
Belə deyin: “Allaha və bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirmişik. Onlardan heç biri arasında fərq qoymuruq və biz Ona (Allaha) təslim olanlarıq!”
(Bəqərə surəsi, 136)
De: “Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun oğullarına nazil edilənə iman gətirdik. Rəbbi tərəfindən Musaya, İsaya və (digər) peyğəmbərlərə verilənlərə də (iman gətirdik). Onların heç biri arasında fərq qoymur və Biz Ona (Allaha) təslim oluruq!”
(Ali İmran surəsi, 84)
Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
(Nisa surəsi, 163)
(İbrahimin) zövcəsi də orada idi və (bunu eşidəndə) güldü. Beləcə, onu (zövcəsi Saranı) İshaqla, İshaqın ardınca da Yaqubla müjdələdik.
(Hud surəsi, 71)
Beləcə, Rəbbin səni seçəcək və sənə yuxuların yozumunu öyrədəcəkdir. Daha əvvəl ataların İbrahimə və İshaqa (peyğəmbərlik) nemətini bəxş etdiyi kimi, sənə və Yaqub nəslinə də bəxş edəcəkdir. Şübhəsiz ki, Rəbbin hər şeyi biləndir, hikmət sahibidir”.
(Yusif surəsi, 6)
Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe olmuşam. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və insanlara olan lütfündəndir. Lakin insanların çoxu (Allaha) şükür etməz.
(Yusif surəsi, 38)
Qoca yaşımda mənə İsmaili və İshaqı lütf edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir.
(İbrahim surəsi, 39)
Biz İbrahimə İshaqı və bir də Yəqubu bəxş etdik. Hər birini saleh kimsələr etdik.
(Ənbiya surəsi, 72)
Onu salehlərdən bir peyğəmbər olan İshaq ilə də müjdələdik.
(Saffat surəsi, 112
)