Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlara edilən xəbərdarlıqları unutduqları zaman (müsibətləri dəf edərək) hər şeyin qapılarını onların üzünə açdıq. Nəhayət, özlərinə verilənlərə görə sevindikləri zaman onları qəflətən (əzabla) yaxaladıq və onlar bütün ümidlərini itirdilər.
(Ənam surəsi, 44)
Özlərini insanlara göstərmək və (insanları) Allah yolundan döndərmək üçün təkəbbürlənərək yurdlarından çıxan (inkar edənlər) kimi olmayın! Allah onların etdiklərini əhatə etmişdir (etdiklərindən xəbərdardır).
(Ənfal surəsi, 47)
Əgər dəyən zərərdən sonra ona bir nemət daddırsaq, mütləq: “Müsibətlər məndən sovuşdu”, - deyər və sevinib təkəbbürlənər.
(Hud surəsi, 10)
(Mələklər isə istehza ilə belə deyərlər:) “Qaçmayın! Mürəffəh həyatınıza və yurdlarınıza geri dönün! Ola bilsin ki, siz sorğu-sual ediləcəksiniz”.
(Ənbiya surəsi, 13)
Nəhayət, onlardan bolluq içində yaşayanları (zənginləri və başçıları) əzabla yaxaladığımız zaman dərhal fəryad edərlər.
(Muminun surəsi, 64)
Biz mürəffəh həyatı ilə qürrələnən neçə-neçə məmləkəti məhv etdik. Bu, onlardan sonra insanların çox az məskunlaşdığı yurdlarıdır. Lakin (onların hamısına) Biz varis olduq.
(Qəsas surəsi, 58)
Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz.
(Qəsas surəsi, 76)
Biz hansı bir məmləkətə xəbərdar edən bir elçi göndərdiksə, oranın naz-nemət içində yaşayan başçıları: “Biz sizinlə göndərilənləri inkar edirik”, - dedilər.
(Səba surəsi, 34)
(Onlara belə deyiləcək:) “Bu, sizin yer üzündə haqsız yerə sevinməyinizə və qürrələnməyinizə görədir.
(Mömin surəsi, 75)
Səndən əvvəl də hansı məmləkətə xəbərdarlıq edən bir elçi göndərmişiksə, oranın zəngin sakinləri yalnız: “Biz atalarımızın bir din üzərində olduqlarını gördük. Biz də onların izindən gedirik”, - dedilər.
(Zuxruf surəsi, 23)
Aramızdan onamı vəhy gəldi? Xeyr! O, lovğa bir yalançıdır”.
(Qamər surəsi, 25)
Onlar lovğa yalançının kim olduğunu sabah biləcəklər.
(Qamər surəsi, 26)
Onlar bundan əvvəl bolluq içində idilər.
(Vaqiə surəsi, 45
)