BULAQ sözü ilə əlaqəli ayələr
"BULAQ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Vaxtilə Musa öz qövmü üçün su istəmiş, Biz də: “Əsan ilə daşa vur!” - demişdik. Beləcə, oradan on iki çeşmə fışqırmış və hər qəbilə öz çeşməsini tanımışdı. (Biz onlara belə demişdik:) “Allahın verdiyi ruzidən yeyin-için və yer üzündə həddinizi aşaraq fitnə-fəsad törətməyin!”
(Bəqərə surəsi, 60)📋
- Biz onları (İsrail oğullarını) on iki qəbiləyə ayırdıq. Qövmü ondan su istədiyi zaman biz Musaya: “Əsanı daşa vur!” – deyə vəhy etdik. Ondan dərhal on iki çeşmə fışqırdı. Hər qəbilə özünün su içmə yerini bildi. Buludlarla da onların üstünə kölgə saldıq. Onlara qüdrət halvası və bildirçin əti də endirdik. (Onlara dedik ki:) “Sizə verdiyimiz ruzilərin təmiz olanından yeyin!” Ancaq onlar (əmrlərimizə itaət etməyərək) Bizə deyil, özlərinə zülm edirdilər.
(Əraf surəsi, 160)📋
- Şübhəsiz, müttəqilər cənnətlərdə və bulaq başlarında olacaqlar.
(Hicr surəsi, 45)📋
- Onlar dedilər ki: “Bizim üçün yerdən bir bulaq çıxarmayınca sənə iman etməyəcəyik;
(İsra surəsi, 90)📋
- Beləcə, onları (Firon və ordusunu) bağlardan və bulaqlardan çıxartdıq.
(Şuəra surəsi, 57)📋
- Bağlar və bulaqlar (verdi).
(Şuəra surəsi, 134)📋
- Bağlar və bulaqlar,
(Şuəra surəsi, 147)📋
- Biz orada xurma və üzüm bağları yaratdıq və bulaqlar qaynatdıq ki,
(Yasin surəsi, 34)📋
- Onlar qoyub getdilər neçə-neçə bağları, çeşmələri,
(Duxan surəsi, 25)📋
- Bağçalarda və çeşmələr başında!
(Duxan surəsi, 52)📋
- Şübhəsiz, müttəqilər cənnətlərdə və çeşmə başlarında olacaqlar.
(Zəriyət surəsi, 15)📋
- İkisində də iki axar bulaq vardır.
(Rəhman surəsi, 50)📋
- O ikisində fışqıran iki bulaq vardır.
(Rəhman surəsi, 66)📋
- Bir bulaq ki, “səlsebil” adlanır.
(İnsan surəsi, 18)📋
- Şübhəsiz, müttəqilər kölgəliklərdə və çeşmə başlarında olacaqlar.
(Mürsəlat surəsi, 41
)📋