Şübhəsiz, ayələrimizi inkar edənləri cəhənnəmə atacağıq. Onların dəriləri bişdikcə, əzabı dadsınlar deyə dərilərini başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah qüdrətlidir, hikmət sahibidir.
(Nisa surəsi, 56)
Allah evlərinizi sizin üçün bir hüzur yeri etdi və heyvanların dərilərindən sizin üçün köç vaxtı və bir yerdə qaldığınız zaman rahatlıqla daşıya biləcəyiniz evlər, yunundan, tükündən və qılından da müəyyən bir vaxta qədər (istifadə edəcəyiniz) ev əşyası və ticarət malı meydana gətirdi.
(Nəhl surəsi, 80)
Həmin qaynar su ilə içalatları və dəriləri əridiləcəkdir.
(Həcc surəsi, 20)
Allah sözün ən gözəlini, bir-birinə bənzər və təkrarlanan bir kitab olaraq nazil etdi. Rəbbindən qorxanların onun təsirindən dəriləri ürpəşər. Sonra Allahı zikr etməklə dəriləri və qəlbi yumşalar (rahatlıq tapar). Bu, Allahın hidayətidir. O, istədiyini onunla doğru yola yönəldər. Lakin Allahın haqq yoldan azdırdığı kimsəni heç kim doğru yola yönəldə bilməz.
(Zumər surəsi, 23)
Nəhayət, ora gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.
(Fussilət surəsi, 20)
Halbuki siz nə qulaqlarınızın, nə gözlərinizin, nə də dərilərinizin sizin əleyhinizə şahidlik edəcəyindən çəkinmirdiniz. Əksinə, Allahın sizin əməllərinizin çoxundan bixəbər olduğunu zənn edirdiniz.
(Fussilət surəsi, 22)
Sərilmiş incə dəriyə (yazılmış kitaba)!
(Tur surəsi, 3)
(O alov) başın dərisini sıyırıb çıxardar.
(Məaric surəsi, 16
)