LUT (Ə.S.) VƏ QÖVMÜ sözü ilə əlaqəli ayələr
"LUT (Ə.S.) VƏ QÖVMÜ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- İsmaili, Əlyəsəni, Yunisi və Lutuda (doğru yola yönəltdik). Onların hamısını aləmlərdən (digər insanlardan) üstün etdik.
(Ənam surəsi, 86)📋
- Lutu da (elçi) göndərdik. Bir zaman o öz qövmünə belə demişdi: “Siz özünüzdən əvvəl heç bir insanın etmədiyi əxlaqsızlığımı edirsiniz?
(Əraf surəsi, 80)📋
- Çünki siz qadınları qoyub kişilərə şəhvətlə yaxınlaşırsınız. Siz həqiqətən, həddi aşmış bir qövmsünüz!”
(Əraf surəsi, 81)📋
- Qövmünün cavabı isə ancaq belə demək oldu: “Onları (Lutu və ona inananları) məmləkətinizdən çıxarın! Çünki onlar çox-çox təmiz adamlarmış!”
(Əraf surəsi, 82)📋
- Zövcəsi istisna olmaqla, onu (Lutu) və ailəsini xilas etdik. Zövcəsi (əzab içində) qalanlardan oldu.
(Əraf surəsi, 83)📋
- Onların üstünə (daş) yağışı yağdırdıq. Bax gör, günahkarların aqibəti necə oldu!
(Əraf surəsi, 84)📋
- İbrahim onların əllərinin yeməyə uzanmadığını gördüyü zaman onlardan xoşu gəlmədi və onlara görə canına qorxu düşdü. Onlar: “Qorxma (biz mələyik)! Lut qövmünə göndərilmişik”, - dedilər.
(Hud surəsi, 70)📋
- İbrahimin qorxusu keçib ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdən sonra o, Lut qövmü barəsində Bizimlə (elçilərimizlə) mübahisə etməyə başladı.
(Hud surəsi, 74)📋
- Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman Lut onlara görə pis oldu, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür!” - dedi.
(Hud surəsi, 77)📋
- Qövmündən olan kişilər qaçaraq onun yanına gəldilər. Onlar daha əvvəl də pis işlər görürdülər. Lut dedi: “Ey qövmüm! Baxın, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın qabağında məni biabır etməyin! İçinizdə ağlı başında bir adam yoxdurmu?”
(Hud surəsi, 78)📋
- Onlar: “Sənin qızlarına ehtiyacımız olmadığını bilirsən. Bizim nə istədiyimizi sən yaxşı bilirsən”, - dedilər.
(Hud surəsi, 79)📋
- Lut dedi: “Kaş sizə gücüm çataydı və ya güclü bir qalaya (qəbiləyə) sığına biləydim!”
(Hud surəsi, 80)📋
- (Mələklər) dedilər: “Ey Lut! Biz Rəbbinin elçiləriyik. Onlar əsla sənə dəyə bilməzlər. Arvadın istisna olmaqla, ailənlə birlikdə gecənin bir vaxtı yola çıx və sizdən heç kim arxaya baxmasın! Onların düçar olacağı əzaba o (arvadın) da düçar olacaqdır. Həqiqətən, onlara vəd olunan əzabın vaxtı səhərdir. Səhər yaxın deyilmi?!”
(Hud surəsi, 81)📋
- Əmrimiz gəldiyi zaman oranın altını üstünə çevirdik və ora odda bişən bərk daşlar yağdırdıq.
(Hud surəsi, 82)📋
- O daşlar Rəbbinin dərgahında işarələnmişdir və zalımlardan uzaq deyildir.
(Hud surəsi, 83)📋
- Ey qövmüm, mənə qarşı olan ədavətiniz Nuh qövmünün, yaxud Hud qövmünün və ya Saleh qövmünün başına gələnlərin eynisini sizin başınıza gətirməsin! Lut qövmü də sizdən uzaq deyildir.
(Hud surəsi, 89)📋
- Ancaq Lutun ailəsi istisnadır. Biz, əlbəttə, onların hamısını xilas edəcəyik.
(Hicr surəsi, 59)📋
- (Lutun) zövcəsindən başqa! Biz onun geridə qalanlardan (əzaba düçar olanlardan) olmasına qərar verdik”.
(Hicr surəsi, 60)📋
- Elçilər Lut ailəsinin yanına gəldikləri zaman;
(Hicr surəsi, 61)📋
- (Lut) dedi: “Həqiqətən, siz tanımadığımız insanlarsınız”.
(Hicr surəsi, 62)📋
- (Mələklər) dedilər: “Əksinə, biz sənə onların şübhə etdiklərini (əzabı) gətirmişik.
(Hicr surəsi, 63)📋
- Sənə haqqı gətirmişik. Həqiqətən, biz doğru söyləyirik.
(Hicr surəsi, 64)📋
- Gecənin bir vaxtı ailəni yola çıxart, sən də onların arxasınca get. Sizdən heç kim dönüb arxasına baxmasın və sizə əmr olunan yerə gedin!”
(Hicr surəsi, 65)📋
- Və ona (Luta) bu əmri vəhy etdik: “Səhər vaxtı bunların (inkar edənlərin) kökü kəsilmiş olacaq”.
(Hicr surəsi, 66)📋
- Şəhər əhalisi sevinərək (mələklərin yanına) gəldilər.
(Hicr surəsi, 67)📋
- (Lut) dedi: “Bunlar mənim qonaqlarımdır, məni biabır etməyin!
(Hicr surəsi, 68)📋
- Allahdan qorxun və məni rüsvay etməyin!”
(Hicr surəsi, 69)📋
- Onlar dedilər: “Sənə camaatın işinə qarışmağı qadağan etməmişdikmi?”
(Hicr surəsi, 70)📋
- (Lut) dedi: “Əgər (düşündüyünüz şeyi) edəcəksinizsə, bunlar mənim qızlarımdır (qızlarımla evlənin)!”
(Hicr surəsi, 71)📋
- (Ey elçi!) Sənin həyatına and olsun ki, həqiqətən, onlar sərxoşluqları (ehtirasları) içində çaşqın bir vəziyyətdə idilər.
(Hicr surəsi, 72)📋
- Beləcə, günəş doğarkən o qorxunc səs onları yaxaladı.
(Hicr surəsi, 73)📋
- Oranın altını üstünə çevirdik və onların üstünə odda bişmiş palçıqdan daşlar yağdırdıq.
(Hicr surəsi, 74)📋
- Şübhəsiz ki, bunda fərasətli kimsələr üçün ibrətlər vardır.
(Hicr surəsi, 75)📋
- Həqiqətən, o (məhv edilmiş məmləkətin izləri hələ də Məkkədən Şama gedən) yolun üstündə durur.
(Hicr surəsi, 76)📋
- Şübhəsiz ki, bunda möminlər üçün ibrət vardır.
(Hicr surəsi, 77)📋
- Luta gəldikdə, Biz ona hökm (elçilik, hakimlik) və elm verdik. Onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis işlər görən fasiq kimsələrdilər.
(Ənbiya surəsi, 74)📋
- Biz onu mərhəmətimizə daxil etdik. O, həqiqətən, saleh kimsələrdəndi.
(Ənbiya surəsi, 75)📋
- (Lut) dedi: “Bunlar mənim qonaqlarımdır, məni biabır etməyin!
(Hicr surəsi, 68)📋
- Lut qövmü də elçiləri təkzib etdi.
(Şuəra surəsi, 160)📋
- O zaman qardaşları Lut onlara belə demişdi: “(Allahdan) qorxmursunuzmu?
(Şuəra surəsi, 161)📋
- Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
(Şuəra surəsi, 162)📋
- Ona görə də Allahdan qorxun və mənə itaət edin!
(Şuəra surəsi, 163)📋
- Mən bunun əvəzində sizdən heç nə istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verəcəkdir.
(Şuəra surəsi, 164)📋
- Siz insanlardan kişilərləmi yaxınlıq edirsiniz?
(Şuəra surəsi, 165)📋
- Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı qoyub (kişilərlə yaxınlıq edirsiniz)? Xeyr, siz həddi aşan bir qövmsünüz” .
(Şuəra surəsi, 166)📋
- Onlar: “Ey Lut! Əgər (bu işdən) vaz keçməsən, sən mütləq qovulanlardan olacaqsan!” - dedilər.
(Şuəra surəsi, 167)📋
- Lut dedi: “Həqiqətən, mən sizin bu əməlinizdən nifrət edənlərdənəm.
(Şuəra surəsi, 168)📋
- Ey Rəbbim! Məni və ailəmi onların etdiklərindən xilas et!”
(Şuəra surəsi, 169)📋
- Beləcə, onu və bütün ailəsini xilas etdik,
(Şuəra surəsi, 170)📋
- Geridə qalan yaşlı qadından (Lutun günahkar zövcəsindən) başqa!
(Şuəra surəsi, 171)📋
- Sonra digərlərini məhv etdik.
(Şuəra surəsi, 172)📋
- Onların üzərinə bir yağış yağdırdıq. Xəbərdar edilənlər nə pis yağışa tutuldular!
(Şuəra surəsi, 173)📋
- Şübhəsiz, bunda bir ibrət vardır. Ancaq onların çoxu iman etməz.
(Şuəra surəsi, 174)📋
- Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibidir, mərhəmətlidir.
(Şuəra surəsi, 175)📋
- Lutu da (yad et)! Bir zaman o, öz qövmünə demişdi: “Göz görə-görə əxlaqsızlıqla məşğul olursunuz?
(Nəml surəsi, 54)📋
- Siz qadınları qoyub şəhvətlə kişilərləmi yaxınlıq edirsiniz? Xeyr, siz cahil bir qövmsünüz!”
(Nəml surəsi, 55)📋
- Qövmünün cavabı isə yalnız: “Lut ailəsini məmləkətinizdən çıxarın! Çünki onlar çox təmiz kimsələrdir”, - demələri oldu.
(Nəml surəsi, 56)📋
- Beləliklə, arvadı istisna olmaqla, onu və ailəsini xilas etdik. Arvadının geridə (əzaba düçar olanların arasında) qalmasını təqdir etdik.
(Nəml surəsi, 57)📋
- Onların üstünə (qızmar gildən) bir yağış yağdırdıq. Xəbərdar edilənlər nə pis yağışa tutuldular!
(Nəml surəsi, 58)📋
- De: “Həmd olsun Allaha! Seçmiş olduğu bəndələrinə da salam olsun! Allah xeyirlidir, yoxsa onların şərik qoşduqları?
(Nəml surəsi, 59)📋
- İbrahim dedi: “Siz yalnız dünya həyatında aranızdakı sevgi (dostluq) uğuruna Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra qiyamət günü bir-birinizi inkar edəcək və bir-birinizə lənət oxuyacaqsınız. Sizin sığınacağınız yer cəhənnəmdir və sizin heç bir yardımçınız olmayacaqdır”.
(Ənkəbut surəsi, 25)📋
- Lut da ona iman etdi və: “Şübhəsiz, mən Rəbbimə (Onun əmr etdiyi yerə) hicrət edirəm. Həqiqətən, O, yenilməz qüvvət və hikmət sahibidir!” – dedi.
(Ənkəbut surəsi, 26)📋
- Biz ona (İbrahimə) İshaqı və Yaqubu bəxş etdik. Onun nəslindən gələnlərə də elçilik və Kitab verdik. Dünyada ona mükafatını verdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir.
(Ənkəbut surəsi, 27)📋
- Lutu da (yad et)! Bir zaman o öz qövmünə belə demişdi: “Həqiqətən, siz özünüzdən əvvəl heç bir millətin etmədiyi əxlaqsızlığı edirsiniz.
(Ənkəbut surəsi, 28)📋
- Siz kişilərə (şəhvətlə) yaxınlaşır, yol kəsir və məclislərinizdə çirkin işlər görürsünüz?” Qövmünün cavabı isə: “Əgər doğru söyləyirsənsə, bizə Allahın əzabını gətir!” – demələri oldu.
(Ənkəbut surəsi, 29)📋
- Lut dedi: “Ey Rəbbim, fitnə-fəsad törədən bu qövmə qarşı mənə yardım et!”
(Ənkəbut surəsi, 30)📋
- Elçilərimiz İbrahimə (iki oğlu olacağına dair) müjdə gətirdikləri zaman: “Şübhəsiz, biz bu məmləkətin xalqını məhv edəcəyik. Çünki oranın xalqı zalımdır”, - dedilər.
(Ənkəbut surəsi, 31)📋
- İbrahim: “Axı Lut da oradadır”, - dedi. Onlar: “Biz orada kimlərin olduğunu çox yaxşı bilirik. Arvadı istisna olmaqla, onu və ailəsini, əlbəttə, xilas edəcəyik. Arvadı (əzab içində) qalanlardan olacaq”. - dedilər.
(Ənkəbut surəsi, 32)📋
- Elçilərimiz Lutun yanına gəldiklərində Lut onlara görə narahat oldu və ürəyi sıxıldı. Onlar belə dedilər: “Qorxma, kədərlənmə! Şübhəsiz, biz arvadın istisna olmaqla, səni və ailəni xilas edəcəyik. O, (əzab içində) qalanlardan olacaqdır.
(Ənkəbut surəsi, 33)📋
- Etdikləri günahlara görə bu məmləkət xalqının üstünə göydən əzab endirəcəyik”.
(Ənkəbut surəsi, 34)📋
- Şübhəsiz, düşünənlər üçün o məmləkətdən açıq-aydın ibrət nişanəsi saxlamışıq.
(Ənkəbut surəsi, 35)📋
- Həqiqətən, Lut da elçilərdəndir.
(Saffat surəsi, 133)📋
- Bir zamanlar onu və bütün ailəsini xilas etmişdik.
(Saffat surəsi, 134)📋
- Ancaq geridə qalanlar arasındakı yaşlı qadın (Lutun zövcəsi) bundan istisnadır.
(Saffat surəsi, 135)📋
- Sonra da digərlərini məhv etdik.
(Saffat surəsi, 136)📋
- Siz səhər onların yanından keçib gedirsiniz,
(Saffat surəsi, 137)📋
- Axşam da. Hələ də dərk etmirsinizmi?
(Saffat surəsi, 138)📋
- Səmud qövmü, Lut qövmü və Eykə əhli.
(Sad surəsi, 13)📋
- Ad qövmü, Firon, Lutun qardaşları (qövmü),
(Qaf surəsi, 13)📋
- Lut qövmü də xəbərdarlıqları yalan saymışdı.
(Qamər surəsi, 33)📋
- Biz onların üstünə daş yağdıran bir fırtına göndərdik. Yalnız Lut ailəsini sübh çağı xilas etdik.
(Qamər surəsi, 34)📋
- Tərəfimizdən bir nemət olaraq! Biz şükür edəni belə mükafatlandırırıq.
(Qamər surəsi, 35)📋
- Həqiqətən, Lut onlara şiddətli əzabımız barəsində xəbərdarlıq etmişdi. Ancaq onlar xəbərdarlıqlara şübhə etmişdilər.
(Qamər surəsi, 36)📋
- Onlar Lutun qonaqlarına (yaraşıqlı oğlanlar kimi görünən mələklərə) pislik etmək istəmişdilər. Biz də onların gözlərini kor etdik. İndi əzabımı və təhdidlərimi dadın!
(Qamər surəsi, 37)📋
- Həqiqətən, səhər tezdən daimi bir əzab onları yaxaladı.
(Qamər surəsi, 38)📋
- İndi əzabımı və təhdidlərimi dadın!
(Qamər surəsi, 39)📋