Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sizdən əvvəl neçə-neçə ilahi qanunlar gəlib keçmişdir. Ona görə də, yer üzündə dolaşın və yalançıların aqibətinin necə olduğunu görün!
(Ali İmran surəsi, 137)
Allah (bilmədiklərinizi) sizə açıqlamaq, sizdən əvvəlkilərin getdiyi (yaxşı) yolları sizə göstərmək və sizin tövbələrinizi qəbul etmək istəyir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 26)
Onlar göylərin və yerin hökmranlığına, Allahın yaratdıqlarına və əcəllərinin yaxınlaşması ehtimalına nəzər yetirmədilərmi? Elə isə ondan (Qurandan) sonra hansı kəlama inanacaqlar?
(Əraf surəsi, 185)
İnkar edənlərə de: “Əgər (küfrdən və elçiyə qarşı düşmənçilikdən) əl çəksələr, onların keçmiş günahları bağışlanacaq. Əgər (o işlərə) geri qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələcəkdir.
(Ənfal surəsi, 38)
Əvvəlkilərin başlarına gələnlər onlara məlum olduğu halda hələ də ona (Qurana) inanmırlar.
(Hicr surəsi, 13)
Səndən əvvəl göndərdiyimiz elçilər barəsindəki qayda da belə idi. Bizim qayda-qanunumuzda heç bir dəyişiklik görə bilməzsən!
(İsra surəsi, 77)
Özlərinə doğru yol göstərən rəhbər gəldiyi zaman insanların iman etməsinə və Rəbbindən bağışlanmalarını diləməsinə mane olan, sadəcə, əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud göz görə-görə əzabın gəlməsini gözləmələridir.
(Kəhf surəsi, 55)
Allahın elçiyə halal etdiyi bir şeydə ona heç bir günah yoxdur. Allahın daha əvvəl gəlib-keçənlər (elçilər) barəsindəki qanunu da belə idi. Allahın hökmü belə təqdir edilmişdir.
(Əhzab surəsi, 38)
Allahın daha əvvəl gəlib-keçənlər haqqındakı qanunu da belə idi. Allahın qanununda heç bir dəyişiklik görə bilməzsən.
(Əhzab surəsi, 62)
Onlar yer üzündə təkəbbürlənir və pis işlər görürdülər. Pis iş yalnız öz sahibini bürüyər. Onlar əvvəlkilərin qanunundan (onlara tətbiq etdiyimizdən) başqasınımı gözləyirlər?! Allahın qanununda heç bir dəyişiklik tapa bilməzsən! Allahın qanununda heç bir dəyişiklik də görə bilməzsən!
(Fatir surəsi, 43)
Əzabımızın şiddətini gördükləri zaman iman etmələri onlara heç bir fayda vermədi. Bu, Allahın əzəldən bəri bəndələri barəsindəki qanunudur. İnkar edənlər oradaca ziyana uğradılar.
(Mömin surəsi, 85)
Bu, Allahın əzəldən qoyduğu qanunudur. Allahın qoyduğu qanunda heç bir dəyişiklik tapa bilməzsən.
(Fəth surəsi, 23
)