TAXT sözü ilə əlaqəli ayələr
"TAXT" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Yusif) ata-anasını taxtın üzərinə oturtdu. Onlar (ata-anası və qardaşları) onun üçün səcdə etdilər. (Yusif) dedi: “Atacan! Bu, daha əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. Həqiqətən, O mənə (çoxlu nemətlər) lütf etdi. Çünki məni zindandan çıxartdı və şeytan, mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirdi. Həqiqətən, Rəbbim dilədiyinə lütf edəndir. O həqiqətən, hər şeyi biləndir, hikmət sahibidir. (Yusif surəsi, 100)📋
- Biz onların qəlbindəki kin-küdurəti çıxarıb atdıq. Onlar taxtlar üzərində qardaşcasına qarşı-qarşıya əyləşərlər. (Hicr surəsi, 47)📋
- Onlar üçün (ağacları) altından çaylar axan Ədn cənnətləri vardır. Onlar orada taxtlar üzərində əyləşərək qızıldan bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər. O nə gözəl mükafat və nə yaxşı məkandır! (Kəhf surəsi, 31)📋
- Mən onlara hökmdarlıq edən bir qadın gördüm. Ona hər şey verilib, bir də böyük bir taxtı var. (Nəml surəsi, 23)📋
- (Sonra Süleyman) dedi: “Ey əyanlar! Onlar təslim olub mənə gəlmədən hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?” (Nəml surəsi, 38)📋
- Süleyman: “Onun taxtını tanınmaz bir hala salın, görək, (Bəlqis onu) tanıyacaq, yoxsa tanımayacaq?” - dedi. (Nəml surəsi, 41)📋
- O (Bəlqis) gəldiyi zaman ona: “Sənin taxtın beləydimi?” - deyildi. O da: “Sanki odur!” – dedi. (Süleyman dedi:) “Bizə daha əvvəl elm verilmiş və biz (Allaha) təslim olmuşuq!” (Nəml surəsi, 42)📋
- Onlar və zövcəsi kölgəliklər altındakı taxtlara söykənib oturarlar. (Yasin surəsi, 56)📋
- Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər. (Saffat surəsi, 44)📋
- Həqiqətən, Biz Süleymanı sınağa çəkmişdik. Taxtının üstünə bir cəsəd qoyduq. Sonra o əvvəlki halına qayıtdı. (Sad surəsi, 34)📋
- Cərgə-cərgə düzülmüş taxtlara söykənərək!” Biz onları gözəl gözlü qadınlarla evləndirəcəyik. (Tur surəsi, 20)📋
- Onlar bəzədilmiş taxtlarda əyləşəcəklər. (Vaqiə surəsi, 15)📋
- Orada taxtlara söykəniblər. Onlar orada nə qızmar günəşi, nə də şaxtalı soyuğu görərlər. (İnsan surəsi, 13)📋
- Onlar taxtlarda əyləşib ətrafı seyr edəcəklər. (Mutaffifin surəsi, 23)📋
- Onlar taxtlarda əyləşərək ətrafı seyr edəcəklər. (Mutaffifin surəsi, 35)📋
- Orada hündür taxtlar, (Ğaşiyə surəsi, 13)📋